​Bakıda avtomobil 26 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

​Bakıda avtomobil 26 yaşlı gənci vuraraq ağır
12:00 17.07.2022
237 Hadisə
A- A+

Bakıda avtomobil 26 yaşlı gənci vuraraq ağır xəsarət yetirib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Hövsan qəsəbəsində “Mercedes” markalı avtomobil yolu keçən 1996-cı il təvəllüdlü Altun Cəfərovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol ayağın çoxsaylı sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.