​Ukrayna təyyarəsi Yunanıstanda qəzaya uğrayıb, 8 nəfər ölüb

​Ukrayna təyyarəsi Yunanıstanda qəzaya uğrayıb,
12:15 17.07.2022
240 Dünya
A- A+

Ukraynaya məxsus “Antonov An-12BK” yük təyyarəsi Yunanıstanın şimalındakı Kavala şəhəri yaxınlığında qəzaya uğrayıb.

Məlumata görə, hadisə zamanı yük təyyarəsində 8 nəfər olub. Onların hamısı ölüb.

Qeyd olunub ki, qəzaya uğrayan təyyarə Serbiyadan Banqladeşə 11,5 ton müdafiə təyinatlı məhsul aparırmış