​DİN-dən polis maşınının Kürə aşması ilə bağlı - Açıqlama

​DİN-dən polis maşınının Kürə aşması ilə bağlı
13:00 17.07.2022
235 Hadisə
A- A+

Daxili İşlər Nazirliyi Yevlaxda polis maşının Kürə aşması ilə bağlı məlumat yayıb.

SÜLH.İNFO.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan "Fiat" markalı xidməti avtomobil Kür çayına aşıb.

Hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub. Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir.