​Şamaxıda yeniyetmə özünü asdı

​Şamaxıda yeniyetmə özünü
15:00 17.07.2022
255 Hadisə
A- A+

Şamaxı rayonunda intihar hadisəsi olub.

SÜLH.İNFO.az xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində rayonun Kiçik Xınıslı kəndində qeydə alınıb.

Kənd sakini, 2007-ci il təvəllüdlü Əzimova Zeynəb Arif qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asıb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün uşağın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerindədir.

On beş yaşlı qızın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır (apa).