​Azərbaycanda gəlin toy günü özünü asdı

​Azərbaycanda gəlin toy günü özünü
16:00 17.07.2022
293 Hadisə
A- A+

Qəbələdə intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Nohurqışlaq kəndində baş verib.

Kənd sakini 23 yaşlı Abdurrahmanlı Aysun yaşadığı evdə özünü asıb.

Əldə etdiyimiz məlumata görə, mərhum bir müddət əvvəl rəsmi nikaha daxil olub. Onun bu gün toyu olacaqmış.

Faktla bağlı Qəbələ rayon Prokurorluğunda araşdırma aparılır.