​Hava limanında təyyarələr toqquşub: Ölənlər var

​Hava limanında təyyarələr toqquşub:
09:40 18.07.2022
245 Ölkə
A- A+

ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərindəki Harri Rid beynəlxalq hava limanında iki təyyarə toqquşub.

Nezarettv.Az bildirir ki, bu barədə “Fox News” telekanalı xəbər verib. Telekanalın yerli bölməsinin polisə və yerli aviasiya departamentinə istinadən verdiyi məlumata görə, hadisə zamanı təyyarələrin göyərtəsində olan insanlar həlak olub.

“Fox News” qeyd edib ki, ölənlərin dəqiq sayı hələ məlum deyil. Təyyarələr toqquşduqdan sonra yanıb. 

“Associated Press” agentliyi isə xilasetmə xidmətindəki mənbələrə istinadən qəza zamanı 4 nəfərin həlak olduğunu xəbər verib.

Ölənlərin şəxsiyyətləri və qəzanın başvermə səbəbləri barədə məlumat verilmir. (Sfera)