​Ağcabədidə qardaş bacısını öldürdü

​Ağcabədidə qardaş bacısını
10:45 18.07.2022
241 Hadisə
A- A+

İyulun 17-i saat 18 radələrində Ağcabədi rayonu, Aran kəndi yaxınlığında 1992-ci il təvəllüdlü Lamiyə Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağcabədi rayon prokurorluğundan SÜLH.İNFO.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Bayram Xudaverdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Lamiyə Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bayram Xudaverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam edir.