​Qızın adına saxta profil açıb insanlardan pul tələb etdi

​Qızın adına saxta profil açıb insanlardan
12:00 18.07.2022
262 Hadisə
A- A+

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın qızının şəkillərindən istifadə edən şəxsin sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməsini bildirib. 

DİN-dən SÜLH.İNFO.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyən edilərək saxlanılıb.  

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.