“Körfəz ölkələri ilə İsrail arasında İran əleyhinə müdafiə ittifaqının yaradılması gündəmdə deyil.”
Nezarettv.Az "Hürriyet"ə istinadən bildirir ki, bunu Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysəl ibn Ferhan bildirib. O həmçinin qeyd edib:
“Səudiyyə Ərəbistanının hava məkanını İsrail təyyarələri üçün açması İsraillə diplomatik əlaqələrin qurulması demək deyil. Ərəb NATO-su deyə bir şey yoxdur, sammitdə belə bir şey müzakirə olunmayıb”.
İsrail Misirlə daha əvvəl əldə edilmiş razılaşmaya etiraz etdikdə Qırmızı dənizdəki Tirana və Sanafir adaları Səudiyyə Ərəbistanına keçib. Adalar Qırmızı dənizdə nəqliyyatın idarə edilməsi və İsrailin həmin ərazidəki yeganə limanı olan Eylata çıxış üçün çox vacibdir. Səudiyyə Ərəbistanı adalardan turizm üçün istifadə edəcəyini bildirib.
Ər-Riyadın 1957-ci ildən bəri iddia etdiyi adalarda fəaliyyət göstərən sülhməramlıların geri çəkiləcəyi açıqlanıb. Adaları hazırda mərcan riflərini görmək istəyən istəyən dalğıclar ziyarət edir.
İsrail 1956-cı ildə Süveyş böhranı zamanı həmin adaları işğal etmiş, Misir isə 2016-cı ildə adalara nəzarəti Səudiyyə Ərəbistanına qaytarıb. Əslən Səudiyyə Ərəbistanına məxsus olan adalar 1950-ci illərdə Misirə icarəyə verilib.