​Azərbaycanda maşın bazarını silkələyən qərar: Bahalaşma başladı

​Azərbaycanda maşın bazarını silkələyən qərar:
13:58 18.07.2022
A- A+

Azərbaycanda maşın bazarında bahalaşma müşahidə olunur.

SÜLH.İNFO.az xəbər verir ki, avtomobil alqı-satqısı ilə məşğul olan şəxslərin Cebhe.info-ya verdiyi məlumata görə, bahalaşma “ikinci əl” avtomobillərdə müşahidə olunur.

“Bahalaşma təxminən 20-25 faiz civarındadır. Bahalaşmaya səbəb isə "Aİ-95" oktanlı yanacağın bahalaşmasıdır. Bu oktanlı yanacağın istifadəsi kütləvi olmasa da, qiymət artımı “ikinci əl” avtomobillərə təlabatı artırıb. Təlabat artığı üçün isə qiymətdə bahalaşma müşahidə olunur”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının qərarı ilə 13 iyundan etibarən “Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşaraq 2 manat olub.