“Düşünürəm ki, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, eləcə də sərhədlərin dermitasiyası və yekun sülh müqaviləsinin imzalanması konteksində Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüşü müsbət dəyərləndirmək lazımdır. Eyni zamanda ikitərəfli dialoq vasitəsilə bütün zidiyyətli məqamları aradan qaldırmaq mümkündür, bu həm siyasi atmosferin güclənməsinə xidmət edir, həm də siyasi dialoq bununla inkişaf edir. Ötən dövrə nəzər salanda vasitəçilər öz maraqlarını münaqişə tərəflərin diktə etməyə çalışırdılar və bu vasitəçilik instutu eyni zamanda həm də prosesdə vasitəçilik edən tərəflərin maraqlarının icrasına yönəlmişdir. Artıq yeni reallıqlarda Azərbaycan və Ermənistan arasında dialoqun, ünsiyyətin formalaşması ilə dayanıqlı sülhü əldə etmək mümkünüdür”.
Nezarettv.Az bildirir ki, bu sözləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünü saytımıza şərh edən politoloq İlyas Hüseynov qeyd edib. O bildirib ki, bu görüş bir neçə baxımdan əhəmiyyətli idi:
“Birincisi, Azərbaycanın Ermənistanın XİN rəhbərləri ilk dəfə idi ki, tək görüşürdülər. İkincisi, görüşün Tiblisidə keçirilməsini bir sıra məqamları vardır. Üçünücüsü də, Azərbaycan bu proseslərə diktə etmək, onu nəzarətdə saxlamaq üçün çalışır. Bu xüsusda Ermənistan tərəfinə təqdim olunmuş 5 maddəlik təklif də qəbul olunub və bu təkliflərin əsasında danışıqlar həyata keçirilir. Rəsmi Tiblisi Cənubi Qafqazda təhlükəsizlik arxitekturasını gücləndirilməsinin təşəbbüskarı kimi çıxış edir. Danışıqlar üçün platforma olaraq öz məkanını təqdim edir və bununla Gürcüstan Cənubi Qafqazda bütün problemlərin həll edilməsində maraqlı tərəf kimi özünü göstərməyə çalışaraq, beynəlxalq nüfuzunu da bir qədər yüksəldir”.
Politoloqun sözlərinə görə, müzakirələrdə Türkiyənin təsiri güclənib və digər dövlətlər bu reallığı qəbul etməli olublar:
“Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da bəyan etmişdir ki, Fransa da ABŞ, Rusiya ilə əməkdaşlıq etməkdən boyun qaçırır. Bu həm də ATƏT-in Minsk qrupu formatına siraət edir. Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya formalaşdırılmışdır və bu reallıqlar konteksində Türkiyənin də iştirakı güclənmişdir, artıq beynəlxalq güclər də bu reallığı qəbul edir və bu xüsusda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı da proses icra olunur”.
Xanım Cavanşirqızı / Nezarettv.Az