​"Qarabağ" 3-cü təsnifat mərhələsində bu klublardan biri ilə qarşılaşacaq

​
14:33 18.07.2022
213 İdman
A- A+

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Nezarettv.Az bildirir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri müəyyənləşib.

2-ci təsnifat mərhələsində "Qarabağ" - "Sürix" (İsveçrə) cütünün qalibi növbəti "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Bildirək ki, "Qarabağ" / "Sürix" duelinin qalibi ilk görüşünü 2-3 avqustda öz meydanında, cavab qarşılaşmasını isə avqustun 9-da səfərdə keçirəcək.(offsideplus)