​Bakıda stilisti qətlə yetirən şəxs hakim qarşısında

​Bakıda stilisti qətlə yetirən şəxs
15:30 18.07.2022
229 Hadisə
A- A+

Bakıda stilisti qətlə yetirməkdə təqsirləndirilən Pərviz Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

SÜLH.İNFO.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 26-na təyin edilib.

İttihama görə, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb.

1988-ci il təvəllüdlü Orxan Seyidov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1999-cu il təvəllüdlü Pərviz Həsənov tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilərək qətl edilib.

İstintaq orqanı tərəfindən Pərviz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Orxan Seyidov stilist kimi fəaliyyət göstərib.