Məşhur müğənni Demet Akalın Azərbaycana gəlib.
SÜLH.İNFO.az xəbər verir ki, sənətçi Naxçıvanda pərəstişkarları qarşısında çıxış edib. Akalın səhnədə sevilən hitlərini səsləndirib.
İfaçı Naxçıvana həyat yoldaşı Okan Kurtla birlikdə təşrif buyurub. O, müalicəvi kurort mərkəzi olan Duzdağ mağaralarına da yollanıb.
Gəzinti zamanı Akalına Duzdağın faydalarından və xəstələrin burada şəfa tapmasından bəhs edilib.
Demet sosial şəbəkədə milli yeməklərimizin görüntülərini paylaşaraq dovğanın çox dadlı olduğunu qeyd edib.
Müğənninin makiyajı və stili üzərində Anar Ağakişiyev çalışıb.
VİDEO