​Bakıda dəhşət: Ana iki azyaşlı uşağı ilə birlikdə özünü binadan atdı - YENİLƏNİB

​Bakıda dəhşət: Ana iki azyaşlı uşağı ilə birlikdə
03:38 19.07.2022
493 Hadisə
A- A+

Bakıda qadın iki uşağı ilə birlikdə intihar edib.

Nezarettv.Az -ın əldə etdiyi məlumata görə, hadisə Yeni Yasamal yaşayış kompleksində baş verib.

Belə ki, ana iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən atıb. Ana, eləcə övladlarından biri sağ qalsa da, digər uşaq hadisə yerində keçinib.

Hadisə yerinə iki təcili yardım briqadası çağırılıb.

İntihara cəhdin dəqiq səbəbi bilimir.

Faktla bağlı araşdırma aparılır.

***

Özünü binadan atan qadının kimliyi müəyyənləşib.

Nezarettv.Az APA-ya istinadən xəbər verir ki, bu, 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızıdır. O, 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb.

Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə 1 nömrəli xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, A.Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qaynanası ilə kirayədə yaşayırmış.