Türkiyənin Van şəhərində yaşayan 25 yaşlı qadın iynə udduğu üçün xəstəxanaya aparılıb. Burada o tomoqrafiyadan keçəndən sonra mədəsində olan yad cisimlər isə hər kəsi şoka salıb.
Nezarettv.Az xəbər verir ki, gənc qadının mədəsindən dırnaq qayçısı, cib bıçağı, meyvə bıçağı, maqqaş, mismar, sancaqlar, qutular, vintlər, qoruyucu sancaqlar, açarlar, qəpiklər, saç sancaqları kimi metal parçalar, eləcə də plastik və şüşə parçaları çıxarılıb. Meyvə bıçağı kimi iti əşyaların çantaya bükülməsi də həkimlərin diqqətindən yayınmayıb.
Mədəsindən çıxan 158 əşya ilə həkimləri heyrətə salan xəstə sağlamlığına qovuşduqdan sonra evə buraxılıb.
Daha əvvəl belə bir şeylə rastlaşmadıqlarını ifadə edən həkim qeyd edib:
“Gənc xəstəmizin mədəsində tapılanlara həm təəccübləndik, həm də kədərləndik. Əməliyyat uğurlu keçdi və xəstənin yaxşı olmasına şadıq”.
Mənbə: Sözcü