"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə evdə keçirəcəyi oyuna maraq yetərincə böyükdür.
SÜLH.İNFO.az-ın məlumatına görə, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib ki, bu saata qədər 28 min bilet satılıb və satışda cəmi 1500 bilet qalıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.