​Deputat Ağalı kəndinə qayıdışdan danışdı: "Fəxredici məqamdır" - AÇIQLAMA

​Deputat Ağalı kəndinə qayıdışdan danışdı:
12:43 19.07.2022
419 Siyasət
A- A+

Bu gündən etibarən  Zəngilanın Ağalı kəndinə əhalinin qayıdışı prosesi başlayıb.

Bununla bağlı Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavid Osmanov Sülhinfo.az saytına danışıb:

“Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu  44 günlük Vətən müharibəsində öz tarixinin ən parlaq qələbəsini qazandı və bununla da torpaqlarımızı erməni işğalından azad etdi. Vətən Müharibəsi bitəndən sonra ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə yenidənqurma və bərpa işlərinə start verildi. Ötən zaman ərzində orada çox böyük infrastruktur layihələr, avtomobil, nəqliyyat yollarının çəkilməsi və yeni yolların salınması, o cümlədən, dəmir yolları xətlərinin çəkilməsi, elektrik enerjisi ilə təminat, tunellərin tikintisi, 8 ay müddətində Beynəlxalq Füzuli hava limanının tikintisi, dini, tarixi, mədəni abidələrin bərpası və yenidənqurulması və o cümlədən, yaşayış evlərinin tikintisinə start verilib.  

Əllbəttə ki, ilk növbədə burada soydaşlarımızın rahat həyat yaşaması üçün bütün şərait yaradılıb.  Burada ən müasir texnologiyadan istifadə , məşğulluğun təmin olunması, gözəl evlərin, mənzillərin tikintisi, infrastrukturun ən yüksək səviyyədə qurulması həyata keçirilib. Zəngilanda pilot layihə kimi Ağaəli kəndində Ağaəli1, Ağağəli2, Ağağəli3 kəndlərində ağıllı kənd layihələrinin tikintisinə başlanılıb.  Ağıllı kənd layihəsinin  ilkin təqdimat mərasimində Azərbaycan prezidenti cənab İlham Əliyev Zəngilanda iştirak edib və Zəngilan rayon ictimaiyəti ilə də görüş keçirib.

Bu gündən artıq ilk soydaşlarımız  böyük qayıdışın tərkib hissəsi olaraq öz ata-baba yurdların 30 illik həsrətdən sonra  qayıdırlar. Əlbəttə ki, bunlar hamısı fəxredici bir məqamdır. Bunun memarı və srategi ilk növbədə cənab prezident İlham Əliyevdir ki, bu qədər qısa müddət ərzində soydaşlarımızın böyük qayıdışı təmin olunmağa başlayıb”.

Qeyd edək ki, bundan sonra da kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli binaların inşası da nəzərdə tutulur.

Xanım Cavanşirqızı / Nezarettv.Az