​Ermənistan və Polşa XİN rəhbərləri görüşdü

​Ermənistan və Polşa XİN
15:00 19.07.2022
269 Dünya
A- A+

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Polşaya səfəri çərçivəsində xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri "Twitter"də bildirib.

Onun sözlərinə görə, nazirlər həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirib.

Görüşlərdə Polşa-Ermənistan münasibətləri, regional təhlükəsizlik və stabillik müzakirə olunub.