CNN ABŞ-da insanların Co Bayden hökümətindən razı olub olmamaları ilə bağlı sorğu keçirib.
Nezarettv.Az bildirir ki, sorğuda ölkənin vəziyyəti haqqında ictimai rəyin 2009-cu ildən, iqtisadiyyat barədə rəyin isə 2011-ci ildən bəri ən pis halda olduğu müəyyən edilib.
Respondentlərin 38 faizi Baydendən razı, 62 faizi isə narazı olduğunu bildirib. İştirakçıların yalnız 30 faizi Baydenin iqtisadiyyatı idarə etməsini bəyəndiyini bildirib.
Digər tərəfdən, sorğu göstərdi ki, noyabrın 8-də keçiriləcək Konqresə aralıq seçkiləri yaxınlaşdıqca Bayden öz partiyası olan Demokratlar tərəfindən dəstəyi itirir.
Bayden son 1 ildə aparılan sorğularda dəstəyini sürətlə itirir. Noyabrda keçiriləcək Konqres aralıq seçkilərində Nümayəndələr Palatası və Senatın əksəriyyəti Respublikaçılara keçərsə, Bayden çətin vəziyyətə düşəcək.
Mənbə: CNN