​Putinin "sağ əli" sui-qəsddən son anda xilas olub - İngiltərə mediası

​Putinin
15:58 19.07.2022
253 Ölkə
A- A+

İngilis mediasının bir "Teleqram" kanalında yayılan iddiaya görə Rusiya prezidenti Vladimir Putinin “sağ əli” 71 yaşlı Nikolay Patruşev sui-qəsddən son anda xilas olub.

Nezarettv.Az bildirir ki, "General SVR" "Teleqram" kanalı Kremldəki mənbələrinə istinadən bildirib:

"Bu yaxınlarda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə sui-qəsd cəhdi olub". 

Bildirilib ki, Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş rəhbəri, hazırda Rusiya Təhlükəsizlik Şurasının katibi olan Patruşev təcili olaraq xəstəxanaya çatdırılıb və həkimlərin intensiv müdaxiləsindən sonra sağ qalıb.

Araşdırmaların nəticəsinə görə 71 yaşlı Patruşevin “sintetik zəhər”lə zəhərləndiyi qənaətinə gəlinib. Sui-qəsdin kim və ya kimlər tərəfindən törədildiyi barədə məlumat paylaşılmayıb.

Qeyd edək ki, Dmitri Patruşev ilə Vladimir Putin uzun illərdir əməkdaşlıq və dostluq münasibətindədirlər. Nikolay Patruşevin 44 yaşlı oğlu Dmitri Patruşev Rusiyanın Kənd Təsərrüfati naziridir.