​Rusiyada “Omikron”un yeni variantı tapıldı

​Rusiyada “Omikron”un yeni variantı tapıldı
15:24 19.07.2022
270 Ölkə
A- A+

Rusiyada koronavirusun “Omikron” ştammının yeni alt variantı tapılıb.

Sülh.info.az bildirir ki, “Kentavr” (BA.2.75) variantı iyulda Moskvada beş nəfərdə aşkarlanıb, onlar xəstəliyi yüngül keçirirlər. Həmin şəxslər arasında xəstəxanaya yatırılan yoxdur.

İyulun 13-də Niderlandın Milli Sağlamlıq İnstitutu ölkədə sözügedən variantın yayıldığı barədə bildirib.

Əvvəllər bu mutasiya Hindistanda və bir sıra başqa ölkələrdə, o cümlədən Avstraliya, Almaniya, Böyük Britaniya, ABŞ və Kanadada tapılmışdı.

Mənbə: Oxu.az