​“Komediya janrında çəkilən heç nəyə baxmıram” - Xalq artisti

​“Komediya janrında çəkilən heç nəyə baxmıram”
18:45 19.07.2022
A- A+

Son vaxtlar Azərbaycanda komediya janrında çəkilən filmlərin sayı artıb. Eləcə də komediya janrında televerilişlər, çıxışlar da çoxalıb. İnsanları güldürməyə çalışan bir sıra aktyorlar müxtəlif proqramlarla efirə çıxır, böyük salonlarda əyləncələr təşkil edirlər. 

Komediya janrında fəaliyyət göstərən aktyorlar cəmiyyətin bir qismi tərəfindən bəyənilsə də, digər bir qisim onları bayağılıqda günahlandırır.

Sovet dövründə yumorlu tamaşalar, komediyalar insanların üzündə təbəssüm yarada, düşündürə bilirdisə, bu gün eyni sözü demək çətindir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Firəngiz Mütəllimova bu gün komediya janrında çəkilən heç nəyə baxmadığını etiraf edib:  

“Mən komediya səhnəciklərində iştirak etmirəm, etsəydim bu mövzuda ətraflı danışardım. Bu gün komediya janrında çəkilənlərə baxmıram. Buna vaxtım yoxdur. Mənim öz işlərim olur, sənətimlə məşğul olur, düz 41 ildir ki, sənətdəyəm”.