​Şəfiqə Nağıyeva Elgizlə dalaşdı

​Şəfiqə Nağıyeva Elgizlə
19:00 19.07.2022
271 Toplum
A- A+

Vəkil Şəfiqə Nağıyeva ilə aparıcı Elgiz Əkbər arasında mübahisə yaranıb.

"Elgizlə izlə" verilişində ekspert olan vəkil aparıcının "Kişi qadından yaşca böyük olmalıdır. Lap 10 yaş böyük olsa da, problem deyil. Qadın daha tez qocalır" sözlərindən sonra özündən çıxıb.

Ş. Nağıyeva Elgizin kişilərin tərəfini tutmasına sərt cavab verib:

"Yaxşı kişi arvadına baxar. Qıraqdakı qadınlara xərcləməkdənsə, öz xanımına xərcləsin. Kişi qadını qocaltmalıdır? Gedib sevgilisinin yanında ilan dili çıxarıb, başını sığallayırlar. Qadın çox əziyyət çəkir. Bütün evin və uşaqların məsuliyyəti qadının üstündədir. Kişi də hər zaman qadına dəyər verməlidir. Ailə səmimi olmalıdır".