​ÜST Avropada yeni koronavirus dalğası elan ETDİ

​ÜST Avropada yeni koronavirus dalğası elan
20:45 19.07.2022
286 Dünya
A- A+

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun rəhbəri Hans Klüge koronavirusun “Omikron” ştammının subvariantlarının yaratdığı COVID-19-un yeni dalğasını elan edib.

Sülh.info.az  xəbər verir ki, bu barədə ÜST-ün saytında məlumat verilib.

“Aydındır ki, biz keçən yay ilə analoji vəziyyətdəyik. Sadəcə, bu dəfə davam edən COVID-19 dalğası “Omikron” ştammının subvariantlarından, xüsusilə də BA.2 və BA.5-dən qaynaqlanır”, – deyə məlumatda qeyd edilir.

O, həmçinin əlavə edib ki, son altı həftə ərzində Avropada yeni yoluxmaların sayı üç dəfə artıb. Klüge Avropa ölkələrini vaksinasiya və maska ​​taxılması ilə bağlı təcili tədbirlər görməyə çağırıb