​Kürdəmirdə ağır yol qəzası - ölən və yaralılar var

​Kürdəmirdə ağır yol qəzası
22:15 19.07.2022
271 Hadisə
A- A+

Kürdəmirdə ağır yol qəzası baş verib.

Sülh.info az report-a istinadən xəbər verir ki, hadisə Ərəbqubalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobilin sürücüsü, Ərəbqubalı kənd sakini 63 yaşlı Həsənov Əlhəsən Mehdiqulu oğlu kənd yolunda hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb.

Hadisə zamanı avtomobildə olan sərnişin 68 yaşlı Ərəbqubalı kənd sakini Nəsirov Nəsir Qurban oğlu hadisə yerindəcə dünyasını dəyişib. Sürücü isə müxtəlif dərəcəli ağır bədən xəsarəti alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.