"Netflix" ikinci rüb ilə bağlı verdiyi açıqlamada bir milyona yaxın abunəçisini itirdiyini bildirib.
Nezarettv.Az bildirir ki, platforma bu rəqəmin gözləniləndən az olduğunu vurğulayaraq, gələcəyə ümidverici olduğunu qeyd edib. Şirkətin çərşənbə axşamı açıqladığı məlumatlara görə, ikinci rübdə platformanı tərk edən abunəçilərin sayı 970 min olub. İnvestorlar isə abunəçi itkisinin bu rəqəmin 2 qat daha çox olacağını gözləyirdilər.
"Netflix"in gözləniləndən daha az izləyici itkisində “Stranger Things” serialı böyük rol oynayıb. Şirkət həmçinin cari rübdə əlavə 1 milyon abunəçinin də gələcəyini proqnozlaşdırıb.
Netflix azalan abunəçilərə xərcləri azaltmaqla, abunə qiymətlərini artırmaqla və reklamlarla abunə modellərini inkişaf etdirməklə cavab verəcəyini açıqlayıb. Platforma reklamsız model kimi kabel televiziyasına alternativ olaraq yaradılıb. Lakin belə görürük ki, abunəçi sayının azalması bunu yerli-dibli dəyişəcək.
Mənbə: DailyMail