Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Zəngilan Hava Limanının açılışında iştirak edəcəklər.
Nezarettv.Az xəbər verir ki, bu barədə ölkə başçısı Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanıkı qəbul edərkən deyib.
Dərya Yanık, prezident R.T Ərdoğanın Azərbaycana səfər edəcəyini qeyd edib.
Xatırladaq ki, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi bu ilin sentyabr ayında başa çatacaq. (publika.az)