Bu gün ictimai xadim, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisinin deputatı olmuş Anar Məmmədxanovun doğum günüdür.
SÜLH.İNFO.az xəbər verir ki, o, 1970-ci ildə Bakı şəhərində anadan olub.
1987-ci ildə Bakı şəhərindəki 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə ali məktəbi bitirib.