​“Sonalar Sonası” restoranı cərimələnəcək

​“Sonalar Sonası” restoranı
11:45 20.07.2022
198 Toplum
A- A+

Bakının Binəqədi rayonunda yerləşən “Sonalar Sonası” restoranı məhkəməyə verilib.

SÜLH.İNFO.az-ın  məlumatına görə, restoran rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin tələblərini pozub.

İttihama görə, restoran tərəfindən ətraf mühitə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativlərdən artıq olub. Bu maddəyə görə vəzifəli şəxslər 2 500 manatdan 4 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 500 manatdan 12 500 manatadək məbləğdə cərimə edilir.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.(Qafqazinfo)