Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı hücumları davam edərkən, Ukrayna prezidenti Vladimir Zelenski daha 28 məmuru “vətənə xəyanət” ittihamı ilə vəzifəsindən azad edib.
Nezarettv.Az bildirir ki, Zelenski iyulun 18-də Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərini və Ukraynanın Baş prokurorunu vəzifəsindən azad etdiyini açıqlamışdı. Ukrayna Təhlükəsizlik Xidmətində “kadr yoxlaması”nın davam etdiyini deyən Zelenski dünən axşam verdiyi açıqlamada daha 28 məmurun vəzifəsindən azad edildiyini açıqlayıb.
Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini Andriy Smirnov bildirib:
"Müharibənin altıncı ayı yaxınlaşdıqca, biz bu insanları bu qurumların hər birindən uzaqlaşdırmağa davam edirik".
Xatırladaq ki, Zelenski bazar günü Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanov və Ukraynanın baş prokuroru İrina Venicetovanın istefaya göndərilməsi barədə qərarı imzalamışdı.
Mənbə: Cbsnews