​"Rəsmi Tehran sərhədlərin dəyişməsindən narahatdır" - Politoloqdan AÇIQLAMA

​
11:27 20.07.2022
562 Siyasət
A- A+

“Azərbaycan, Türkiyə və Rusiya arasında uzun müddətdir ki, siyasi dialoq mövcuddur və bu siyasi dialoqun nəticələrini biz Qarabağda da, Şərqi Zəngəzurda da, Cənubi Qafqaz da görməkdəyik və bu siyasi dialoqun  çox böyük hissəsi publikaya açılmasa da, çox vacib məsələlər qapalı şəkildə öz həllini tapır. Bununla bağlı heç kəsdə şübhə yoxdur və bu dialoq formatı öz effektini göstərir.  Düzdür zaman-zaman Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək istəyən Rusiyadakı müəyyən qüvvələr olur və oradakı siyasi instutların Cənubi Qafqazda gedən proseslərə baxışı heç də sistemli və yekdil deyil, onlar arasında fikir ayrılıqları var. Amma prezidentlər arasındakı bu dialoq çağırışların və problemlərin aradan qaldırılmasına kömək edir.” 

Nezarettv.Az bildirir ki, bu fikirləri dünən Tehranda keçirilən üçtərəfli sammiti saytımıza şərh edən politoloq Zaur Məmmədov bildirib. O həmçinin qeyd edib:

“Rusiya, Türkiyə İran prezidentləri arasında olan görüşdə həm də Ermənistan və Azərbaycan arasındakı məsələlərin müzakirə edilməsi, Qarabağın müzakirə edilməsi əlbəttə ki vacib məqamlardan biridir. Əvvala müzakirə edilməli idi, ona görə ki, son vaxtlar həllini tapmayan bir çox məslələr var ki, onıar həllini tapmalıdır və Türkiyə, Rusiya faktorlarının da bu məsləyə təsir imkanları kifayət qədər böyükdür. Digər tərəfdən ümumi regionda yenidən müharibənin başlanmaması üçün erməni hərbi birləşmələrinin Qarabağın dağlıq hissəsindən çıxarılması, delmitasiya, demokrasiya kimi məsələlər də öz həllini tapmalıdır. Düşünürəm ki, dünən bu məsələ də müzakirə edilib və hansısa detalları açıqlamasalar da, müəyyən vacib məqamlar ətrafında fikirlər ortaya qoyulubdur”.

“Bu konteksdə Rusiya prezidentinin Azərbaycan prezidentinin salamlarını Türkiyə prezidentinə çatdırması daha çox siyasi xatakter daşıyır.  Ümumiyytlə Rusiya prezidentinin dünən İrana səfərində, həm İran dini lideri, həm siyasi lideri ilə görüşü, Türkiyə lideri ilə görüşündə dəyişən abu-havanın olduğu hiss edilməkdə idi. Bu dəyişən abu-hava ondan ibarətdir ki, Ukrayna hadisələri fonunda Rusiyanın yeni və köhnə müttəfiqlərlə münasibətlərini gücləndirməsinə ehtiyacı var. Moskva bu və ya digər regionlarla bağlı siyasətində bir qədər korrektələr etməkdədir. Yeri gəlmişkən dünən İran dini liderinin də Qarabağla bağlı, İran-Ermənistan sərhədiylə bağlı çıxışı da hər kəsin yadındadır. Bu bir daha göstərir ki, Tehran ciddi şəkildə Zəngəzur layihəsinin reallaşmasına fərqli yanaşır. Sərhədlərin dəyişməsində narahatdır. Amma sərhədlərin dəyişməsi müsəlman, İslam coğrafiyasının genişlənməsinə səbəb ola bilər ki, İslam ölkəsi buna ancaq sevinməlidir”.   

Xanım Cavanşirqızı / Nezarettv.Az