​NASA-nın Ayda su axtarış layihəsi problemlə üzləşdi, təxirə salındı

​NASA-nın Ayda su axtarış layihəsi problemlə üzləşdi,
11:43 20.07.2022
217 Dünya
A- A+

Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) son vaxtlar üzərində işlədiyi bir çox layihə ilə mühüm təşəbbüslərə imza atmaq istəyib. Onlardan biri  də Ayda su axtarışı layihəsi idi. Lakin layihə bəzi problemlərlə üzləşib.

Nezarettv.Az bildirir ki, ayda su kəşfiyyatı aparan VIPER-in səyahəti 2024-cü ilə təxirə salınıb.

Bu layihədə NASA-ya məxsus VIPER vasitəsi istifadə olunacaq. NASA Ayda su kəşfiyyatı layihəsi ilə bağlı təşəbbüslərini sürətləndirərək, planı 2023-cü ildə həyata keçirmək niyyətində idi.  Lakin eniş sınaqlarında qarşılaşılan bəzi problemlər layihənin ləngiməsinə səbəb olub.  

NASA rəsmisi Tomas Zurbuxen mövzu ilə bağlı aşağıdakı açıqlamaları verib:

"VIPER-in çatdırılması bir müddət  təxirə salınmalıdır ki, rover Ayda daha uzun və daha maraqlı elmi tədqiqatları apara bilsin. VIBER, Ayın su ehtiyatlarının qlobal xəritələrini bildirən ilk roverdir. Layihə çərçivəsində Astrobotic VIBER-i daşıyacaq desant gəmisinin tikintisini öz üzərinə götürəcək".

Astrobotic VIPER-i daşımaq üçün Griffin adlı vasitədən istifadə edəcək. Digər tərəfdən, NASA-nın bu ödənişi agentliyə əlavə maddi ziyan vurur. NASA bunun üçün Astrobotic-ə əlavə 67,8 milyon dollar ödəyəcək. Bununla belə, Astrobotic-ə ödəniş 320 milyon dolları keçib.