Dünyanın ən varlı şəxslərindən biri olan, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri, amerikalı sahibkar İlon Mask Yunanıstanda istirahəti zamanı paparatsilərin kamerasına tuş gəlib.
Nezarettv.Az bildirir ki, çəkilən fotolarda 51 yaşlı Mask 50 milyon dollarlıq yaxtanın göyərtəsində şortda görüntülənib. İlon Mask Dünyanın ən varlı adamı “Staud” geyim və aksesuar brendinin təsisçisi, modelyer Sara Stodinqer və onun əri, iş adamı Ari Emanuellə birgə istirahət edib.
Şəkillər sosial şəbəkədə müzakirələrə səbəb olub. İstifadəçilər Maskın artıq çəkisi və solğun dərisinə diqqət çəkiblər. Hətta bəzi istifadəçilər “İlon bu gün insan dərisini geyinib” deyə tvit də paylaşıblar.
Mask isə göründüy kimi bu tənqidləri “qulaqardı” edib.