​Rusiya "Google" şirkətini 21.1 milyard məbləğində cərimə edib

​Rusiya
12:38 20.07.2022
301 Ölkə
A- A+

Rusiyanın Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyi (Roskomnadzor) "Google"-u cərimələyib.

Nezarettv.Az bildrir ki,Roskomnadzor, "Google" məxsus video paylaşma platforması "YouTube"un "Ukraynada xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı Rusiya Federasiyasının silahlı qüvvələrini gözdən salan yalan məlumatı" silmədiyini açıqladı.

Agentliyin məlumatına görə, YouTube həmçinin ekstremist fikirləri təbliğ edən və qanunsuz etiraz aksiyalarında iştiraka çağırışlar edən məzmuna icazə verib. Qeyd olunub ki, 21,1 milyard rubl məbləğində cərimə təkrar məhkumluq nəticəsində və Google-un Rusiyadakı illik gəliri əsasında tətbiq edilib.

Rusiyanın Ria-Novosti agentliyinin ekspertinin fikrincə, sözügedən məbləğ Rusiya məhkəməsi tərəfindən Qərb texnologiya şirkətinə tətbiq edilən ən böyük məbləğdir.

Google şirkətindən isə məsələ ilə bağlı heç bir açıqlama verilməyib.