Amerika kino sənayesinin ən güclü və nüfuzlu siması sayılan məşhur rejissor Stiven Spilberq ilk dəfə klip çəkib.
Nezarettv.Az bildirir ki, “Jaws”, “E.T”,” Jurassic Park” kimi kult filmlərə imza atan, nəslinin ən nüfuzlu rejissorlarından biri olan Spilberq Britaniya əsilli Amerikalı müğənni Markus Mumfordun yeni mahnısı olan 'Cannibal' mahnısı üçün kamera arxasına keçib.
Klip üçün kinoteatrın əfsanəvi adı ilə əməkdaşlıq edən Mumford "İnstagram"da paylaşım edərək qeyd edib:
“Bu musiqini sizə çatdırmaq üçün ətrafımdakı insanların mənə dəstək olması məni çox xoşbəxt edir. Kate və Steven bunu etdilər və mən onlara necə təşəkkür edəcəyimi bilmirəm”.
Çəkiliş zamanı Spilberqə onun həyat yoldaşı Keyt Kepşou da kömək edib. Kepşou həmçinin videonun prodüserliyini də öz üzərinə götürüb.
Qeyd edək ki, klip Nyu-Yorkda yerləşən məktəblərdən birinin idman zalında lentə alınıb.
Mənbə: Fox News