"Fərat çayının o tayında yerləşən Suriya ərazisi respublikanın qanuni hökumətinin nəzarətinə qayıtmalıdır".
Nezarettv.Az xəbər verir ki, Tehranda keçirilən sammitin yekunlarına dair müvafiq bəyanatla Rusiya prezidenti Vladimir Putin çıxış edib.
Putin Suriyada terrorla mübarizənin vacibliyini qeyd edib.
Rusiya liderinin sözlərinə görə, Moskva Zaevfratyanın Suriya hakimiyyətinin nəzarətinə qaytarılmasının tərəfdarıdır.
Putin üçtərəfli sammitdə Suriyanın bu bölgəsindəki çətin vəziyyətinin müzakirə edildiyini vurğulayıb.
Rusiya prezidenti qeyd edib ki, hazırda Fərat çayında xarici hərbi mövcudluğu möhkəmləndirməyə cəhdlər edilir. Rusiya bölgənin Suriya hakimiyyətinin nəzarətinə qaytarılmasında israrlıdır. Xarici hərbi mövcudluq bu kontekstdə ABŞ qoşunlarının bölgədə mövcudluğuna işarə edir.
Putin vurğulayıb ki, Rusiya, Türkiyə və İran Suriyada fəaliyyət göstərən beynəlxalq terrorçularla mübarizə aparmaq niyyətlərini təsdiqləyir.
Xatırladaq ki, Rusiya, İran və Türkiyə prezidentləri Tehranda Suriya probleminin sülh yolu ilə nizamlanmasına həsr olunmuş görüşün yekunları üzrə birgə bəyanat qəbul ediblər. (publika.az)