​Dünyanın ən güclü pasportları açıqlanıb

​Dünyanın ən güclü pasportları açıqlanıb
13:55 20.07.2022
269 Dünya
A- A+

“Henley & Partners”in hər il hazırladığı pasport indeksinə əsasən, dünyanın ən güclü pasportları açıqlanıb.

Nezarettv.Az bildirir ki, Ukraynaya hücumundan sonra sanksiyalara məruz qalan Rusiyanın vizasız gedə biləcəyi ölkələrin sayı azalıb. Lakin sanksiya tətbiq edən ölkələrin əksəriyyəti əvvəllər viza tələblərini tanıdığından Rusiyanın reytinqi çox dəyişməyib və 50-ci yerdə qərarlaşıb.

Dünyanın ən dəyərli pasportları siyahısında ilk onluq belə sıralanıb:

  1. Yaponiya (193 vizasız ölkə)
  2. Sinqapur, Cənubi Koreya (192 vizasız ölkə)
  3. Almaniya, İspaniya (190 vizasız ölkə)
  4. Finlandiya, İtaliya, Lüksemburq (189 vizasız ölkə)
  5. Avstriya, Danimarka, Hollandiya, İsveç (188 vizasız ölkə)
  6. Fransa, İrlandiya, Portuqaliya, Böyük Britaniya (187 vizasız ölkə)
  7. Belçika, Yeni Zelandiya, Norveç, İsveçrə, ABŞ (186 vizasız ölkə)
  8. Avstraliya, Kanada, Çexiya, Yunanıstan, Malta (185 vizasız ölkə)
  9. Macarıstan (183 vizasız ölkə)
  10. Litva, Polşa, Slovakiya (182 vizasız ölkə)