​Ölkədən çıxışına qadağa qoyulan əməkdar artist AÇIQLAMA verdi

​Ölkədən çıxışına qadağa qoyulan əməkdar artist
16:45 20.07.2022
271 Ölkə
A- A+

Xəbər verdiyimiz kimi əməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyevin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə qərar Bakı Kommersiya Məhkəməsi tərəfindən çıxarılıb.
 

Sülh.info.az bildirir ki, Əməkdar artist Elman Rəfiyevdən alınan açıqlamaya əsasən:

Dövlət Pantomima Teatrının heç bir vergi borcu yoxdur. Bu xəbər yalandır. Vergi idarəsinin bəyannamələri düzgün hesablamadıqlarına görə, özləri belə bir vergi borcu düzəldiblər. 
Bizim bütün sənədlərimiz tam qaydasındadır. Biz onların nazirliyi ilə üz-üzə görüşüb hər şeyi sübut etməyə hazırıq. 
Qeyd edim ki, mən heç bir məhkəmədə iştirak etməmişəm. Mənim üçün heç bir iddia qaldırılmayıb. Və mən Respublikadan kənara çıxmaq fikrində deyiləm. Mənim heç bir tərəfdən borcum yoxdur. Hər şey qaydasındadır. Yaxın günlərdə biz bunu təstiq edib mediaya da xəbər verəcəyik. 
Biz hər şeyi vaxtı-vaxtında ödəyən bir təşkilatıq. Bu başqa bir söhbətdir. Vergi idarəsinə bizim qəpik də olsa borcumuz yoxdur. (qazet.az)