​SON DƏQİQƏ: Azərbaycan ordusu Rusiya sülhməramlı kolonunu geri qaytardı

​SON DƏQİQƏ:
18:00 20.07.2022
345 Siyasət
A- A+

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb.

Nezarettv.Az minval-a istinadən verir ki, Azərbaycan Ordusunun nəzarət buraxılış məntəqəsində Rusiya sülhməramlılarına aid 1 ədəd 82A zirehli maşın və 3 ədəd "Ural" markalı avtomobil yoxlanılması üçün dayandırılıb.

Avtombillərə baxış zamanı birinin yük hissəsində 5 ədəd avtomat aşkar edilib.

Qaydaları kobud şəkildə pozaraq silah-sursatı qanunsuz daşıdığına görə, avtomobil karvanı nəzarət buraxılış məntəqəsindən buraxılmayıb.