Rusiya prezidenti Vladimir Putin “Yeni zaman üçün güclü ideyalar” forumunda çıxışı zamanı öskürəyə görə üzr istəyib. O, vəziyyətini bir gün əvvəl Tehrana səfəri zamanı kondisionerlərin “dəyişməsi” ilə izah edib.
Sülh.info.az xəbər verir ki, Rusiya liderinin sözlərinə görə, ötən gün Tehranda hava çox isti olub, temperatur 38 dərəcəyə çatıb.
Orada "kondisioner" lazım olduğu kimi fırlandı. Ona görə də üzr istəyirəm” , - Rusiya lideri ifadənin əvvəlində yüngül öskürəkdən sonra bildirib.
Vladimir Putin iyulun 19 -da Tehrana gedib və burada Astana formatı sammitində iştirak edib və İranın ali dini lideri Ayətullah Əli Xamenei, İran prezidenti İbrahim Rəisi və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ayrı-ayrılıqda görüşlər keçirib. İran lideri ilə görüşdə Putin qeyd edib ki, İran-Rusiya münasibətləri yaxşı templə inkişaf edir. Rusiya Federasiyasının prezidenti həmçinin İranla ticarətdə rekord rəqəmlər açıqlayıb.
İbrahim Rəisi də öz növbəsində Putinin səfərinin dönüş nöqtəsi olacağına ümid etdiyini bildirib.