​Özünü körpələri ilə binadan atan qadın və övladının SON DURUMU

​Özünü körpələri ilə binadan atan qadın və övladının
10:50 21.07.2022
239 Ölkə
A- A+

Bir neçə gün öncə övladları ilə birlikdə özünü binadan atan qadının və körpəsinin vəziyyəti barədə məlumat var. 

SÜLH.İNFO.az xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 25 yaşlı Aytən Abbasovanın vəziyyəti stabil ağır, uşağın vəziyyəti isə stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, daha əvvəl qadının iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən ataraq intihara cəhd etməsi barədə məlumat vermişdik. Hadisə nəticəsində azyaşlılardan biri ölüb.