Reuters xəbər agentliyi PKK/YPG və rejim əsgərlərinin Suriyanın şimalında toplaşdığını göstərən görüntülərini təqdim edib.
Nezarettv.Az bildirir ki, əsasını terror təşkilatı PKK/YPG-nin təşkil etdiyi QSD-nin Suriyanın şimalında qurulduğu bildirilir. Reuters xəbər agentliyinin çəkdiyi görüntülərdə Suriya ordusunun bölgədəki fəaliyyəti də yer alıb.
Görüntülər Kobani və Ayn-İsada lentə alınıb. Suriya ordusunun qazdığı mövqelər və ağır silahlar diqqət çəkib. Xəbərdə SDF-nin Suriya ordusu ilə də əməkdaşlıq etdiyi bildirilir.
Əsəd rejiminin Ayn Ərəb və Ayn İsa bölgələrində çoxlu sayda artilleriya və tank qurduğu da bildirilir. Fərat çayında üzərində nəzarət uçuşu edən Rusiya hava bölmələri də gözdən qaçmayıb.