​Dünyanın ən yaşlı pandası öldü

​Dünyanın ən yaşlı pandası
12:10 21.07.2022
259 Maraqlı
A- A+

Dünyanın ən yaşlı erkək pandası 35 yaşında ölüb.

Nezarettv.Az bildirir ki, dünyanın ən uzunömürlü erkək pandası olan An An ömrünün çox hissəsini keçirdiyi Honq-Konq zooparkında 35 yaşında vəfat edib. Zooparkdan verilən açıqlamada Anın səhhətinin son həftələrdə pisləşdiyi və  baytarlar tərəfindən evtanaziya edildiyini bildirib.

1999-cu ildən bəri yaşadığı dəniz və heyvan kurortu olan Okean Park, Anın sağlamlığının son həftələrdə qida qəbulunun azalması ilə davam edən pisləşmə əlamətlərinin olduğunu söyləyib.

Okean Parkı rəsmiləri bildiriblər ki, pandanın qida qəbulu bərk qidaları tamamilə dayandırana, yalnız su və elektrolitli içkilərlə qidalanmağa başlayana qədər tədricən azalıb. Okean Park Korporasiyasının sədri Paolo Ponq deyib:

"An An bizə çox ürəkaçan anlar və xoş xatirələr bəxş edib. Onun ağlı və aktyorluğu üçün çox “darıxacağıq".

Park, Jia Jia və An An-a qayğı göstərmək fürsətinə görə minnətdar olduğunu söyləyib. Çünki bu, Okean Parkını pandaların qorunması üçün vacib bazaya çevirməyə kömək etdiyini qeyd edib.

Pandalar təbii mühitlərində orta hesabla 20 il yaşasa da, xüsusi qayğı ilə onların ömrü daha da uzun olur.

Qeyd edək ki, An An, 2016-cı ildə 38 yaşında vəfat edən dünyanın ən yaşlı düşü pandası Jia Jia ilə birlikdə Çin hökumətinin hədiyyələri idi.