​Bərdədə 3 maşın toqquşdu: ölən var

​Bərdədə 3 maşın toqquşdu:
12:45 21.07.2022
173 Hadisə
A- A+

Bərdə rayonunda avtomobillər toqquşub, ölən var.

Bu barədə SÜLH.İNFO.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 20-də saat 19 radələrində rayonun Əliyanlı kəndi ərazisində Əhəd Hacıyev idarə etdiyi VAZ-2121 markalı avtomobili önündə gedən “Toyota” markalı avtomobilə vurub və qarşıdan gələn VAZ-2107 markalı avtomobillə toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Ə.Hacıyevin sərnişini Şəhla Eyvazova orada ölüb.

Araşdırma aparılır.