​Məşhur aktyor qalaya ətəklə qatıldı - FOTO

​Məşhur aktyor qalaya ətəklə qatıldı -
12:06 21.07.2022
230 Ölkə
A- A+

Almaniyanın paytaxtı Berlində çəkiliş qrupu ilə qırmızı xalçaya qatılan Bred Pitin stili sosial mediada gündəm olub.

Nezarettv.Az bildirir ki, Amerikalı aktyor Bred Pitt baş rolda oynadığı “Bullet train” filminin Berlindəki qalasında ətək geyinib.

Hollivudun məşhur adlarından biri olan Bred Pitt bu dəfə Berlinə yeni komediya janrında olan “Bullet train”i tanıtmaq üçün gəlib.

Pitt qırmızı xalçada qəhvəyi rəngli dizə qədər ətəyi seçib. Aktyorun adi üslubundan kənar bu görünüşü böyük marağa səbəb olub. Kombinasiyasını eyni rəngli pencəklə tamamlayan aktyor çəhrayı rəngli kətan köynəyi və orijinal zinət əşyaları ilə özünəməxsus tərzi xeyli diqqət çəkib.

Qırmızı xalçada ətək geyinən 58 yaşlı aktyor bəzi kütlələrin böyük marağına səbəb olub.