Prezident Sercio Mattarella və üç koalisiya partiyası onun hökumətinə verdiyi dəstəyi geri çəkdikdən sonra İtaliyanın Baş naziri Mario Draqi istefa ərizəsini prezident Matterallaya təqdim edib.
Nezarettv.Az bildirir ki, prezident Draqinin yeni hökumət qurulana qədər vəzifəsində qalmasını istəyib.
“Reuters”in məlumatına görə, İtaliya Prezidentliyinin verdiyi bəyanatda Mattarellanın növbədənkənar seçkilər təyin edib-etməməsi və parlamenti buraxıb-dağıtmayacağı ilə bağlı məlumat yer almayıb.
İtaliyada Mario Draqinin başçılıq etdiyi geniş iştirakla koalisiya hökumətinin ortaqlarından biri olan 5 Ulduz Hərəkatının (M5S) hökumətin ailələr və müəssisələr üçün hazırladığı iqtisadi yardım paketinin parlamentdəki səsverməsinə qatılmaması qərarı siyasi böhrana səbəb olub.
Bir müddətdir paketi tənqid edən və ailələr üçün ayrılmış dəstəyi kafi görməyən M5S lideri Giuseppe Conte partiya qrupu ilə görüşdükdən sonra Senatdakı səsverməyə qatılmayacaqlarını açıqlayıb.
Draqinin paketdə bəzi təkmilləşdirmələr etməsini istədiklərini xatırladan Konte, "Ölkə uçurumun astanasındadır. Fövqəladə hallar qarşısında hökumətə təzyiq edən yeganə tərəf bizik. Fərqli mərhələyə keçmək lazımdır. Draghi-nin açıqlamaları yetərli deyil. Biz səsvermədə iştirak etməyəcəyik”. Deyə qeyd edib.
Konte konstruktiv töhfə üçün dialoqa açıq olduqları mesajını da verib.