Bu gün saat 12:00 radələrində Bakıda Salyan şosessinin Bibiheybət məscidinin qarşısından keçən hissəsində "BMH" MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə 01 BS 785 DQN-li avtobusun mühərriki yanıb.
Nezarettv.Az xəbər verir ki, məlumatda deyilir:
"Yanğın avtobus yaranmış texniki nasazlıqla əlaqədar xətdən kənarlaşdırılaraq qaraja yollanan zaman baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtobus yararsız hala düşüb", - məlumatda deyilir. (report)