​Moskvada rus generalın meyiti tapıldı

​Moskvada rus generalın
16:00 21.07.2022
252 Dünya
A- A+

Dünən Moskvanın mərkəzində Federal Təhlükəsizlik Xidmətinin (FTX) ehtiyatda olan general-mayoru Yevgeni Lobaçevin meyiti tapılıb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, 76 yaşlı general gəzməyə çıxıb və bir daha geri qayıtmayıb.

İyulun 20-də onun meyitini Kalaçinsk küçəsində pilləkəndə tapıblar. Meyitin yanında TT markalı tapança olub.

Son vaxtlar onun səhhətində ciddi problemlərin olduğu deyilir.