​Səfər Mehdiyevlə bağlı yoxlamalar başladı

​Səfər Mehdiyevlə bağlı
17:45 21.07.2022
264 Ölkə
A- A+

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Dövlət Gömrük Komitəsində yoxlamalara başlayıb.

SÜLH.İNFO.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Dövlət Xidməti tərəfindən Komitənin 2018-2022-ci illərdəki maliyyə təsərrüfatı araşdırılır.

Qeyd edək ki, həmin dövrdə DGK-nin sədri Səfər Mehdiyev olub. O, 2022-ci il iyul ayının 16-da Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.